Çap edilən məqalələr DOİ kodu ilə təmin edilir.
Elmi jurnalın təsisçisi -
Naxçıvan Müəllimlər İnstitutudur
Naxçıvan Müəllimlər İnstitutu dövlət ali təhsil müəssisəsi kimi 25 ildir fəaliyyət göstərir. Bu ali təhsil ocağının əsası 13 iyun 2000-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə qoyulmuş, müstəqil ali məktəb statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli Qərarı ilə verilmişdir. Müstəqilliyimizin bəhrələrindən biri olan Naxçıvan Müəllimlər İnstitutu Ümummilli lider Heydər Əliyevin ölkəmizə, o cümlədən onun ayrılmaz tərkib hissəsinə – tarixən elm və təhsil beşiyi olmuş qədim Naxçıvan diyarına saysız ərmağanlarından biridir. İnstitutun müasir tədris kompleksinin 2018-ci ilin may ayında keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 sentyabr 2024-cü il tarixli 416 №-li Qərar qəbul etmişdir. Nizamnaməyə görə, Naxçıvan Müəllimlər İnstitutu ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə geniş profilli ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. Hazırda institutda ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində pedaqoji yönümlü kadr hazırlığı aparılır, onun nəzdində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının daimi və birdəfəlik Dissertasiya Şuraları fəaliyyət göstərir.
Əlaqə üçün
- Az 7012 Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti-2
- elmieserler@nmi.edu.az
- (+994 36) 544-04-29
Naxçıvan Müəllimlər İnstitutu
Copyright © 2025 All rights reserved. by R&D.dev
