Nəşr etikası
“Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” elmi jurnalının redaktorları tədqiqat zamanı plaqiat və inhisarçılıq halları aşkarlanan məqalələrin dərcinin qarşısının alınması üçün ciddi tədbirlər görür. Əgər redaksiya heyəti təqdim olunan məqalənin müəllifinin nəşr etikasına açıq-aşkar əməl edilmədiyi və ya şübhəli hallara rast gələrsə, Naxçıvan Müəllimlər İnstitutunun “Akademik dürüstlük və antiplagiat Siyasəti”nin tələblərinə uyğun olaraq müvafiq qaydada həll edəcəklər. Başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadəyə yol verilməməsi məqsədilə daxil olan məqalələr mütləq şəkildə Strikeplagiarism internet antiplagiat proqramından keçirilir. Jurnala orijinallığı 85-90% olan əlyazmalar qəbul edilir (nəticələrin tamamilə orijinal olması şərti ilə). Tərcümələr orijinalla identifiklik təşkil etməli və mütəxəssis tərəfindən redaktə edilməlidir.
Məxfilik
Redaksiya məqalənin qəbulu və ya rədd edilməsi ilə bağlı məlumatları müəllif(lər) və rəyçilər istisna olmaqla heç kimə açıqlamır.
Obyektivlik
Jurnala daxil olan məqalələrin qiymətləndirilməsi obyektiv aparılır. Müəllif(lər)in şəxsi tənqidi yolverilməz haldır. Ekspertlər (rəyçilər) öz fikirlərini konstruktiv şərhlər və məsləhətlərlə aydın şəkildə ifadə etməlidirlər.
Nəşr olunan əsərlərdə səhvlər
Müəllifi və ya istənilən şəxs tərəfindən dərc olunmuş məqalədə hər hansı əhəmiyyətli səhv və ya qeyri-dəqiqlik aşkar edilərsə, bu problemi aradan qaldırılması məqsədilə müvafiq həll yolu tapmaq üçün jurnalın baş redaktoruna / müavininə və ya ixtisas redaktorlarına bu barədə məlumat verilə bilər. Aşkar edilmiş səhvliklərə dair düzəlişlər jurnalın cari nömrəsinin sonunda “Düzəlişlər” bölməsində verilir.
