Rəyləndirmə prosesi

Redaksiya heyəti məqalədə lazımi düzəlişlər etmək və məqalənin əsas məzmununa xələl gətirməyən ixtisarlar aparmaq hüququna malikdir. Məqalə redaksiya heyətinin müəyyən etdiyi iki rəyçiyə göndərilir. Hər iki rəy müsbət olduqda məqalə qəbul edilir. Rəylərdən biri mənfi, biri müsbət olduqda məqalə üçüncü rəyçiyə göndərilir. Məqalə elmi jurnalın tələblərinə cavab verməzsə baxılmaq üçün qəbul edilmir və müəllifə geri qaytarılır. Çap üçün məqbul sayılmayan məqalə redaksiya heyətinin göstərdiyi təlimatlardan sonra müəllif tərəfindən düzəliş edilərək, yenidən baxılması üçün redaksiya heyətinə təqdim oluna bilər. Bu halda həmin əlyazmanın dərc edilib-edilməməsinə növbəlilik prinsipi əsasında qərar verilir.

 

 

                                                                                                     Məqalənin təqdim olunması

 Məqalə redaksiyaya 2 yolla: 1) Müəllif anketi, əlyazması və CD disk şəklində NMİ-nin tədris korpusu, 2-ci mərtəbə, 209-cu otağa şəxsən və ya 2) Müəllif anketi və əlyazmasının elektron versiyası (WORD faylında) elmihisse@nmi.edu.az e-poçt ünvanına təqdim olunmalıdır. Tel: +994365440429

 

Müəlliflik hüquqları

Məqalələrin müəlliflik hüquqları, çap olunduqdan sonra “Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” jurnalının nəşriyyatı (“Məktəb” nəşriyyatı) tərəfindən həyata keçirilir. Müəlliflik hüquqlarının pozulmaması  şərti ilə istifadəçilər naşir və ya müəllifdən əvvəlcədən icazə almadan jurnalda çap olunmuş məqalələrin tam mətnini oxumaq, yükləmək, surətini çıxarmaq, yaymaq, çap etmək kimi hüquqlara sahibdir.

 

Qeyd: Xarici dillərdə dərc olunan məqalələrin redaktəsi üçün  jurnalın bölmələri üzrə redaksiya heyətlərinin tərkibinə rus və ingilis dilləri üzrə mütəxəssislər daxil edilmişdir. Nəşrin ümumi redaktəsi ilə ingilis dili üzrə filologiya üzrə fəlsəfə doktoru, dosent Məmmədova İlhamə Mayis qızı, rus dili üzrə filologiya üzrə fəlsəfə doktoru, dosent Qurbanlı Qurban Məmməd oğlu məşğul olur.

 

Məqalənin tərtibi qatdaları

  1. Nəşr üçün təqdim olunan məqalə jurnalın əhatə etdiyi elm sahələrinə uyğun olmalıdır.
  2. Məqalənin mövzusu uyğun elm sahəsində aktuallıq kəsb etməlidir.
  3. Nəşr üçün təqdim olunan məqalə orijinal olmalıdır:

3.1. Əvvəllər çap olunmuş və ya çap üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir;

3.2. Redaksiyaya daxil olan məqalələr mütləq şəkildə antiplagiat proqramından keçirilir və oxşarlığı 10%-dən çox olanlar geri qaytarılır.

  1. Jurnalda dərc olunan məqalələrə tələblərə cavab verdiyi halda DOİ indeksi verilir.
  2. Jurnalın bir nömrəsində hər müəllifdən birdən artıq məqalə qəbul olunmur.
  3. Məqalənin həmmüəlliflərinin sayının üçdən artıq olması arzuolunmazdır.
  4. Məqalənin mətni onun məntiqi və quruluşu (strukturu) ilə konseptual vəhdətdə ifadə olunmalıdır.
  5. Quruluş (struktur) etibarilə məqalə:

Başlıq, Xülasə, Açar sözlər; 2

-Giriş hissə;

Əsas hissə (Materiallar və metodlar, Nəticə və müzakirə);

Nəticə hissə (Yekun nəticə)

-Ədəbiyyat siyahısından ibarət olmalıdır.

  1. Başlıq:

Başlıq məqalənin əsas mövzusunu əks etdirərək yığcam, lakin informativ olmalıdır. Yaxşı bir başlıq konkret, məqsədyönlü və təfərrüatlara girmədən başlıca ideyanı ifadə edir.

  1. Xülasə: 10.1. Xülasə məqalənin yazıldığı dildə yazılır və digər iki dildə də eyniməzmunlu olmaqla tərtib edilir. Xülasənin həcmi 100-200 söz aralığında ola bilər.

10.2. Digər iki dilə çevrilmiş xülasə mətnlərində də məqalənin adı, müəllif(lər)in tam adı və digər məlumatların da göstərilməsi vacibdir.

10.3. Məqalənin çox mühüm tərkib hissəsi olan xülasədə tədqiqatın aşağıdakı əsas elementləri mütləq şəkildə və yığcam olaraq (hər biri ən azı 1-2 cümlə ilə) öz əksini tapmalıdır:

10.3.1. Aktuallıq,

10.3.2. Məqsəd,

10.3.3. Araşdırma metodları,

10.3.4. Alınan nəticələr,

10.3.5. Praktik və nəzəri əhəmiyyəti və s.

10.4. Redaksiya bu tələblərə uyğun olmayan xülasəni öz tərəfindən qismən dəyişdirmək və ya müəllif tərəfindən yenidən işlənilmək üçün geri qaytarmaq hüququnu özündə saxlayır.

  1. Açar sözlər: Hər bir dildə xülasənin sonunda tədqiqatın məzmununu əhatə edən 5-10 arası açar sözlər və ya söz birləşmələri göstərilməlidir.
  2. Giriş” adlanan hissədə:
  3. a) mövzunun müəyyənləşdirilməsi və seçimin səbəblərinin göstərilməsi;
  4. b) tədqiqat fərziyyəsinin formalaşdırılması;
  5. c) tədqiqatın məqsəd və vəzifələrinin formalaşdırması və s. yer almalıdır.
  6. “Materiallar və metodlar” adlanan hissədə:
  7. a) tədqiqat materiallarının ümumi təsviri verilməli;
  8. b) tədqiqat empirikdirsə, onun eksperimental bazası və nümunəsi müəyyənləşdirilməli, nəzərdirsə, istifadə olunan yanaşma, nəzəri-metodoloji baza göstərilməli;
  9. b) tətbiq olunan hər bir metod və üsulun (texnikanın, priyomun) qısaca təsviri verilməli;
  10. c) bu metod(ların)un niyə seçildiyi əsaslandırılmalıdır.
  11. “Nəticələr və müzakirə” adlanan hissə tədqiqatın ən geniş struktur bölməsidir.

Tədqiqatda əldə edilən, aşkarlanmış, işlənib hazırlanmış və ya sübut edilmiş ən əhəmiyyətli nəticələrin təsviri bu hissədə ətraflı verilməlidir. Bu hissə girişdə sualların cavablandırılmasına həsr edilməli və fərziyələrin müddəalarını sübut etmək üçün arqumentlər şərh edilməli, problem üzrə digər tədqiqatların nəticələri ilə qarşılıqlı müqayisə edilməli, onlarda olan mövcud üstün cəhətlər və çatışmazlıqlar müəyyənləşdirilməli, problemin yeni tədqiqat istiqamətləri və aspektlərinə dair mülahizələrin və s. müzakirəsi öz təfsilatlı əksini tapmalıdır.

  1. “Yekun nəticə” adlanan hissə məqalə mətninin son və qısa struktur bölməsidir.

Tədqiqatın problemi üzrə əldə edilmiş nəticələrin yığcam və ümumiləşdirilmiş təqdimatı verilir, həmçinin onların məqalədə qarşıya qoyulan əsas məqsədə uyğunluğu qısaca təsbit edilir.

  1. Ədəbiyyat siyahısının tərtibi:
  2. a) Siyahıya daxil edilən ədəbiyyatların siyahısı AAK-nın təsdiq etdiyi qaydalara uyğun gəlməlidir. Belə ki, kitablar üçün müəllifin adı, soyadı, kitabın adı, nəşriyyatın adı, nəşr yeri, ili, ümumi səhifələrinin sayı göstərilməlidir. Jurnallar üçün müəllifin adı, soyadı, mövzunun adı, jurnalın adı, nömrəsi, nəşr ili, nəşr yeri, mövzunun başlanğıc və son səhifəsi verilməlidir.
  3. b) Əlifba sırası ilə davamlı nömrələmə yolu ilə verilir.
  4. c) Məqalə müəlliflərinin öz-özünə istinadları – məqalənin hər bir müəllifinin işinə 1-2 istinaddan çox olmayaraq verilməlidir.
  5. d) Mətndə müvafiq mənbəyə istinadlar mötərizədə verilir, məsələn, [1] və ya [1, s.119]
  6. e) Ədəbiyyat siyahısında son 10 ilin (80-90%) ədəbiyyatlarına üstünlük verilməlidir.
  7. Məqalənin yığılması qaydaları:

17.1. Məqalə formatı: Mətn 5-10 səhifə həcmində A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə, en üzrə düzənləmə, sətirdən-sətirə keçirməsiz, abzas 1 sm olmaqla yazılmalıdır.

17.2. Səhifənin sol küncündə UOT mütləq qeyd olunmalıdır.

17.3. Müəllif(lər) haqqında aşağıdakı məlumatlar 12 ölçüdə, 1 sətirarası məsafə ilə Times New Roman şriftlə, səhifənin sağ küncündən başlamaqla:

  1. a) adı, ata adı, soyadı tam olaraq;
  2. b) elmi dərəcə (əgər varsa) və ya təhsil səviyyəsi (bakalavr, magistr, doktorant/dissertant);
  3. c) çalışdığı və ya təhsil aldığı müəssisə;
  4. d) elektron poçt (e-poçt) ünvanları, iş və mobil telefon nömrələri;
  5. e) ORCID yazılmalıdır.

Qeyd: Məqalənin müəllifləri bir neçədirsə, məlumatlar hər bir müəllif üçün bu qaydada alt-alta yazılır.

17.4. Müəllif(lər) haqqında məlumatlardan dərhal sonra məqalənin Başlığı, Xülasənin mətni və Açar sözlər, sonra xülasənin digər iki dildə mətnləri və açar sözlər, sonra məqalənin əsas mətni Giriş-lə başlayır və yuxarıda göstərilmiş ardıcıllıqla davam edir, Ədəbiyyat siyahısı ilə bitir.

  1. Məqalədə olan düsturlar Equation Editor-la yığılmalı və mümkün qədər sadə olmalı, indekslər, kəsr xətləri, dərəcələr və mötərizələr aydın şəkildə göstərilməlidir.

18.1. Bütün vizual obyektlər JPEG və ya PNG formatında verilməlidir. Məqalədə verilən şəkil və cədvəllərin nömrəsini və başlığını vermək lazımdır (məsələn, Şəkil 1. Şəkil adı, Cədvəl 1. Cədvəlin adı). Hər bir şəklin altında, cədvəlin isə üstündə onun nömrəsi və adı qeyd olunmalıdır. Hər hansı bir rəsm (qrafika və diaqramlar da daxil olmaqla) həm rəngdə, həm də ağ-qarada eyni dərəcədə informativ olmalıdır. Skan edilmiş obyektlərə icazə verilmir. Bütün rəsmlər aydın olmalı, yazılar aydın görünməlidir.