Jurnal haqqında məlumat
“Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” jurnalının əsas məqsədi pedaqogika, psixologiya, tarix, filologiya (dilçilik və ədəbiyyatşünaslıq), riyaziyyat və informatika, biologiya və sənətşünaslıq üzrə Naxçıvan Müəllimlər İnstitutunun alim və mütəxəssisləri, habelə ölkə və xarici tədqiqatçılar tərəfindən aparılan fundamental və tətbiqi xarakterli araşdırmaların nəticələrini Azərbaycan, ingilis və rusdilli elmi ictimaiyyətin geniş auditoriyasına çatdırmaqdır. İldə 4 dəfə nəşr olunan jurnal aktual elm mövzularını əhatə edir. Jurnalın əsas hədəf auditoriyası peşəkar elmi tədqiqatçılardır.
Tarix
“Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri” jurnalı (əvvəlki adı – “Naxçıvan Müəllimlər İnstitutun Xəbərləri”) 2004-cü ildə Naxçıvan Müəllimlər İnstitutu tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır (№ 1158). Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alınmışdır (ISSN – 2303-9116). Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına pedaqogika və tarix elmləri üzrə daxil edilmişdir. Hazırda jurnalda institut Elmi Şurasının 30 yanvar 2019-cu il tarixli, 06-№-li qərarı əsasında Pedaqogika, Psixologiya, Tarix, Filologiya (dilçilik və ədəbiyyatşünaslıq), Riyaziyyat və informatika, Biologiya və İncəsənət bölmələri üzrə də məqalələr nəşr edilir. 2004-cü ildən indiyədək 78 nömrə çap olunub, həmin nömrələrdə elmin müxtəlif sahələrində çalışan alimlərin məqalələri dərc olunub.
Arxivləşdirmə
Jurnalın dərc olunan bütün nömrələri elektron şəkildə jurnalın saytında və çap versiyası nəşriyyatda saxlanılır. Həmçinin müəlliflər jurnalın veb saytında redaksiya heyəti, rəy prosesi və yazı qaydaları ilə tanış ola bilərlər.
Maraqların toqquşması
Müəllif məqalə təqd im edərkən potensial maraq toqquşmalarının mövcudluğu barədə məlumat verməlidir. Rəyçilər məqalənin qiymətləndirilməsi zamanı meydana çıxan istənilən halda maraqların toqquşması haqqında redaktorları dərhal məlumatlandırmalıdırlar. Bu hallarda rəyçi məqaləni rəyləndirməkdən imtina etməlidir.
Rəyçilər təqdim olunan məqalələrdən maraqlı və faydalı məlumatları yanız tanışlıq məqsədilə istifadə edə bilərlər. Redaksiya tərəfindən qəbul edilərək hələ nəşr olunmamış məqalələrdən rəyçilər öz tədqiqatlarında istifadə edə bilməzlər.
